Şrift:
Əfqanıstanda güclü partlayış nəticəsində 95 nəfər xəsarət alıb
07.08.2019 [10:59] - Gündəm, Hadisə
Əfqanıstanın paytaxt Kabildə törədilmiş güclü partlayış nəticəsində 95 nəfər xəsarət alıb.

ariananews.af saytı xəbər verir ki, Əfqanıstan DİN-in məlumatına görə avqustun 7-də səhər saatlarında Kabilin qərb hissəsindəki polis dairəsinin yaxınlığında içərisində bomba olan avtomobil partladılıb. Terrorçuların hədəfi polis məntəqəsi olub. İnsidentin digər təfərrüatları acıqlanmır.

Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed