Şrift:
Pakistanda terror aktları törədilib: 1 nəfər ölüb, ən azı 20 yaralı var
07.08.2019 [12:28] - Gündəm, Hadisə
Pakistanda baş vermiş partlayışlar nəticəsində 1 nəfərin öldüyü, ən azı 20 insanın yaralandığı bildirilir.

DawnNews saytı xəbər verir ki, avqustun 7-də Xiber Paxtunxva əyalətində terrorçular tərəfindən Nevşera rayonunun Həsnə Ğari qəsəbəsindəki mədrəsədə bomba partladılıb. Burada yaralanan 10 nəfər, o cümlədən 5 polis əməkdaşı xəstəxanalara çatdırılıb. Peşavar hospitalından verilən məlumata görə, onlardan iksinin vəziyyəti ağırdır.

Digər terror aktı avqustun 6-da ölkənin cənub-qərbində yerləşən Belucistan əyalətinin mərkəzi Quetta şəhərində törədilib. Burada bazarın yaxınlığında bomba partladılması nəticəsində 1 nəfər həlak olub, 10 sakin yaralanıb.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed