Şrift:
Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər
07.08.2019 [14:16] - Gündəm, Türk dünyası-Turan
Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin respublikaçıları və demokratları ölkə prezidenti Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilərlər.

"TASS"ın verdiyi xəbərə görə, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, Konqres üzvləri Türkiyəyə qarşı sanksiyaların bu ölkənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbindən tətbiq edilməyini istəyirlər.

Sanksiyalar 20170ci ildə ABŞ-da qəbul edilən "CAATSA" ("Amerika əleyhinə olanlara qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında") qanununa uyğun olaraq tətbiq edilməlidir.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed