Şrift:
İran xarici işlər nazirinin müavini: “Azərbaycanla münasibətlərimizin ortaq düşmənlər tərəfindən zədələnməsinə imkan verməyəcəyik”
25.08.2012 [13:58] - Güney Azərbaycan xəbərləri
“İranla Azərbaycan arasında münasibətlər son 20 ildir, qarşılıqlı hörmətə söykənir”.
Bunu İRNA-ya müsahibəsində İran xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini Seyid Abbas Əraqçı Bakı səfərini dəyərləndirərkən söyləyib.
O bildirib ki, avqustun 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb: “Görüşdə iki ölkə arasında əlaqələr, regional və beynəlxalq məsələlər əsas müzakirə mövzusu oldu. Eyni zamanda iki ölkənin münasibətlərinə zərbə vuracaq xarici müdaxiləyə imkan verilməməsi və ikitərəfli münasibətlərin qarşılıqlı şəkildə, milli mənafelər üzərində qurulmasının vacibliyi vurğulandı”.
A. Əraqçı iki ölkə arasında siyasi əlaqələrin enişli-yoxuşlu olmasına baxmayaraq, indiyədək müxtəlif mövzularda müsbət nəticələnən görüşlərin baş tutduğunu deyib. O, səfər çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla da görüşdüyünü vurğulayıb: “Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələləri müzakirə etdik”.
A. Əraqçı İranla Azərbaycan arasındakı problemlərin xarici faktorlardan qaynaqlandığını deyərək, iki ölkə arasında münasibətlərin ortaq düşmənlər tərəfindən zədələnməsinə imkan verməyəcəklərini bildirib.
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed