Şrift:
Novorossiyskdə ağır yol qəzası baş verib, azı 3 nəfər həyatını itirib
08.08.2019 [09:43] - Gündəm, Hadisə
Rusiyanın Novorossiysk şəhəri yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

TASS agentliyi xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb, 44 nəfər xəsarət alıb.

Qəza sərnişin avtobusunun qarşıdan gələn minik avtomobili ilə toqquşması nəticəsində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 13-nün vəziyyəti ağırdır. Xəsarət alanlar arasında 12 uşaq da var.

İlkin versiyaya görə, avtobusun sürücüsünün idarəetməni itirməsi səbəbindən avtobus və minik avtomobili toqquşub və yoldan çıxaraq on metr dərinliyində dərəyə yuvarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed