Şrift:
Qırğızıstan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında ölkədəki vəziyyət müzakirə edilib
08.08.2019 [11:15] - Xəbərlər, Siyasət
Bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda çıxış edən Sooronbay Jeenbekov bildirib ki, sabiq Prezident Almazbek Atambayev hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərərək ölkə Konstitusiyasını və qanunlarını kobud surətdə pozub. Dövlət başçısı deyib ki, Qırğızıstan hüquqi və sivil dövlətdir, ölkənin bütün vətəndaşları qanun qarşısında eyni dərəcədə cavab verməlidir. Prezidentin sözlərinə görə, ölkədə qanunçuluğun, sülhün və təhlükəsizliyin qorunması üçün təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.

İclasda Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Opumbaev, Daxili İşlər naziri Kaşkar Junuşaliev və Baş prokuror Otkurbek Jamşidov yaranmış vəziyyət haqqında məlumat veriblər.

Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, hökumət qüvvələri ilə sabiq Prezident Almazbek Atambayevin tərəfdaşları arasında olan qarşıdurmada yaralananların sayı 52 nəfərə çatıb.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed