Şrift:
“İranAir” rəsmisi: “Türkiyənin bəzi hava limanları təyyarələrimizə yanacaq vermirlər”
08.08.2019 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İslam Respublikasının aviasiya şirkəti- İran Air-in icraçı direktoru Turəc Dehqani Zəngənə avqustun 7-də jurnalistlərə açıqlamasında Türkiyəyə sərnişin daşıyan şirkətə məxsus təyyarələrin yanacaqsız qalmasından xəbər verib.

O bildirib ki, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara görə, Türkiyənin bəzi hava limanları İran Air-ə məxsus sərnişin təyyarələrini yanacaqla təmin etməkdən boyun qaçırırlar: “Təəssüflər olsun ki, Türkiyənin bir sıra hava limanları, o cümlədən də İstanbul hava limanı “İran Air” şirkətinə və İranın digər aviasiya şirkətlərinə məxsus sərnişin təyyarələrə yanacaq vermir, bundan imtina edirlər” –deyə Turəc Dehqani Zəngənə əlavə edib.

Zəngənə məsələ ilə bağlı ətraflı məlumat verməkdən imtina edib.

Qeyd edək ki, Amerikanın Maliyyə Nazirliyi iyulun 23-də bəyanat yayaraq, İran aviasiya şirkətləri ilə əməkdaşlıq edən ölkələrə xəbərdarlıq etmişdi. Nazirlik xəbərdarlıq edərək bildirmişdi ki, İran aviasiya şirkətləri ilə hər hansı bir əməkdaşlıq, sanksiya və cəzalandırma ilə nəticələnə bilər. sanksiya qoyulacaq, cəzalandırılacaqlar.
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed