Şrift:
Səccad Sedqi Təbrizdə saxlanılıb və təhdid olunub
08.08.2019 [11:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal Səccad Sedqi Təbrizdə saxlanılıb, o bir neçə saat təhdidlər altında dindirildikdən sonra sərbəst buraxılıb.

Bu barədə etibarlı bir mənbə GünAz TV-yə məlumat verib.
“Səccad Sedqi avqustun 7-i yerli vaxtla saat 8 radələrində Təbrizdə iş yerinə gedərkən yaxalanıb, o Saib xiyabanında yerləşən Ettelaat Şöbəsinin təcridxanasına aparılıb.”- deyə o bildirib.

Azərbaycanlı fəal bir neçə saat təhdidlər altında sorğu-suala tutulduqdan sonra saat 18 radələrində sərbəst buraxılıb.

Mənbə əlavə edib ki, fəal Ettelaat əməkdaşları tərəfindən təhdid edilib. Ona bildirilib ki, Ettelaat əməkdaşlarının zənginə mütləq cavab verməlidir, əks halda bunun qarşılığı ağır olacaq.
Səccad Sedqinin 4 gün əvvəl Ettelaat əməkdaşlarının zənginə cavab vermədiyi bildirilir.

Adını çəkdiyimiz fəal ötən il iyul ayında keçirilən ənənəvi “Babək qalası” mərasmində saxlanılıb, o 80 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed