Şrift:
Amerika İrana yük maşınları satdığına görə PACCAR şirkətini 1 milyon 709 min dollar məbləğində cərimə edib
08.08.2019 [15:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerikanın Maliyyə Nazirliyi avqustun 7-də bəyanat yayaraq, İrana yük maşınları satdığına görə bu ölkənin PACCAR şirkətini 1 milyon 709 min 325 dollar məbləğində cərimə etdiyini açıqlayıb.

Nazirliyin saytında yayılan bəyanatda bildirilir ki, yük maşınlarının istehsalı ilə məşğul olan PACCAR şirkəti məsələ ilə bağlı keçirilən məhkəmə prosesinin dayandırılması üçün 1 milyon 709 min 325 dollar məbləğində təyin edilən cəriməni ödəməyə razılıq verib.

Bildirilir ki, qanun pozuntuları Amerikanın PACCAR şirkətinin nəzdində fəaliyyət göstərən Hollandiyanın yük maşınları istehsal edən DAF Trucks şirkəti tərəfindən həyata keçirilib.

Amerika rəsmilərinin bildirdiyinə görə, DAF şirkəti 2013-2015-ci illərdə avropalı müştərilərinə 63 ədəd yük maşını satsa da, sonradan həmin yük maşınları müxtəlif yollarla İrana göndərilib.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed