Şrift:
İranın 1 bölgəsində qızlar 9 yaşında ailə qururlar
08.08.2019 [15:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Bocnurd şəhərinin yaxınlığında yerləşən Bidək kəndində 9 yaşlı qızlar ailə qurmağa vadar edilir.

“İran Qəzeti”nin həmin kəndin sakini olan, lakin erkən yaşlarda ailə qurmaqdan yayınıb, təhsil alan qadınla apardığı müsahibədə maraqlı məlumatlar ortaya çıxıb. O bildirib ki, əvvəllər bu kənddə qızlar 11 yaşında ərə verilirdi, indi isə 8 ya da 9 yaşlarında. Qadının dediklərinə görə, hətta onun qohumu olan 13 yaşlı 1 qızın artıq iki övladı var.

Qəzetin məlumatına əsasən, digər bölgələrdə də vəziyyət ürəkaçan deyil. Belə ki, ötən il Şimali Xorasan vilayətində hamilə qadınların 4%-ni 18 yaşdan aşağı qızlar təşkil edib.

Məlumatda həmçinin qeyd edilir ki, Bidək kəndi və bir çox digər bölgələrdə 9 yaşlı qızlar siğə (müvəqqəti nikah-red.) edilir, 12 yaşları tamam olan kimi isə həyat yoldaşlarının evlərinə gedirlər. Hətta 15 yaşı olan qızlar “evdə qalmış” sayıldığından, ya 1 kişinin 2-ci həyat yoldaşı olmalı, ya da xanımı ölmüş 40-50 yaşlı kişi ilə ailə qurmalıdırlar.

Qeyd etmək lazımdır ki, İranın bir çox bölgələrində azyaşlı qızların ailə qurması hallarına tez-tez rast gəlinir. Ötən aylar ərzində bu sahədə yayılmış statistika hər il ölkədə minlərlə azyaşlı qızın ailəsinin təzyiqi ilə ailə qurduğu qeyd edilirdi.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed