Şrift:
Yaponiyanın cənubunda tufana görə 60-dək aviareys təxirə salınıb
09.08.2019 [09:26] - Gündəm, Hadisə
Avqustun 9-da Yaponiya aviaşirkətləri “Lekima” tufanına görə cənubda yerləşən İşiqaki, Miyako və Okinava adaları arasında 60-dək aviareysi təxirə salıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Həmin ərazidə bərələrin də hərəkəti dayandırılıb. Əsasən Miyako adasını ağuşuna alan güclü külək səbəbindən elektrik xətlərinin qırılması nəticəsində 15 min ev elektrik enerjisiz qalıb. Yerli hakimiyyət orqanları Okinava adasında yerləşən Naha və Qinovan şəhərlərində dörd nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

“Lekima” cari ildə Sakit okeanda yaranan doqquzuncu tufandır. Onun mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatır.

Okinava yaxınlığından keçən tufan Çin istiqamətində hərəkət edir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed