Şrift:
Güləşçilərimiz “Qran-pri” turnirində altı medal qazanıb
09.08.2019 [09:32] - Gündəm, İdman
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.

Yarışların ikinci günündə ilk medalçılar müəyyənləşib. Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) isə bürünc medal qazanıblar.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə Elman Muxtarov (63 kq) çempion olub. Onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambek Dadov (72 kq) ikinci yeri tutub.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed