Şrift:
Rusiyanın baş naziri Qırğız Respublikasında baş verən hadisələrə münasibət bildirib
09.08.2019 [09:36] - Xəbərlər, Siyasət
Rusiyanın Baş naziri Dmitri Medvedev Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin tutulması zamanı ölkədə baş verən hadisələrə münasibət bildirib.

“RİA Novosti” xəbər verir ki, Dmitri Medvedev lakonik olaraq "Bu, Qırğızıstanın daxili işidir" deyib.

O, qeyd edib ki, Rusiya baş verənlərə laqeyd münasibət bildirə bilməz və mövcud vəziyyəti diqqətlə izləyir.

Bu arada Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən edilən hücum zamanı yaranan qarşıdurmada yaralanan şəxslərin sayı artıb. 98 nəfər tibbi yardım üçün müraciət edib. 11 təhlükəsizlik işçisi hərbi xəstəxanaya köçürülüb. Bundan əlavə 13 zərərçəkən stasionar müalicə alır.

Qeyd edək ki, Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev artıq tutulub. O, özü polisə təslim olub. Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed