Şrift:
Cari ilin 7 ayında Gürcüstanda 369 nəfərdə İİV virusu aşkar edilib
09.08.2019 [09:51] - Gündəm, Sağlıq
Gürcüstanda QİÇS və İİV virusunun yayılması davam edir. Cari ilin 7 ayında Gürcüstanda 369 nəfərdə İİV virusu aşkar edilib. Hazırda ölkədə İİV virusuna yoluxmuş 7800-dən çox insan var.

Bu barədə Gürcüstanın QİÇS və Klinik İmmunologiya, Patoloji İnfeksion Elmi–Təcrübə Mərkəzi məlumat yayıb.

İİV-ə yoluxmuş insanların 5800-ü kişi, 2000-dən çoxu qadındır. Xəstəliyə yoluxanlar əsasən 29-39 yaş arasındadırlar.

Gürcüstanda QİÇS-ə yoluxanlardan 1600-ü artıq dünyasını dəyişib.

Xəstələrin 47,3 faizi heteroseksual əlaqə, 38,9 faizi narkotiklərin damara qəbulu, 11,3 faizi isə homo və biseksual əlaqə nəticəsində bu virusa yoluxub. Xəstələrdən 2800 nəfəri paytaxt Tbilisidə, 1100-ü Sameqrelo-Zemo Svaneti, 93-ü isə İmereti bölgəsində yaşayır.

Xatırladaq ki, QİÇS/İİV virusu Gürcüstanda ilk dəfə 1989-cu ildə qeydə alınıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed