Şrift:
Güclü yağış Bakı yollarında problemlər yaradıb
09.08.2019 [10:17] - Xəbərlər, Sosial
Səhər saatlarından başlayaraq paytaxt Bakıya yağmağa başlayan güclü yağış fəsadlar törədib.

Şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr yaranıb.

Yolların su basması maşınların hərəkətini çətinləşdirib ki, bu da tıxaclara səbəb olub.
Həmçinin bəzi yeraltı keçidlərə su dolub. Bəzi ərazilərdə isə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed