Şrift:
“Sumqayıt” futbol klubu yeni mövsümünün ilk oyununu səfərdə keçirəcək
09.08.2019 [11:02] - Gündəm, İdman
Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümündə 1-ci turun oyun cədvəli müəyyənləşib.

“Sumqayıt” futbol klubundan bildirilib ki, AFFA-nın keçirdiyi püşkatma nəticəsində sumqayıtlılar ilk matçı səfərdə oynayacaq. “Sumqayıt” “Qəbələ” ilə qarşılaşacaq. Oyun avqustun 17-də Qəbələ şəhər stadionunda baş tutacaq.

Ayxan Abbasovun yetirmələri çempionatın birinci turu üçün hazırlığı davam etdirir.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed