Şrift:
Təbrizdə “Yaşmaq” silsilə kitablarının birinci sərgisi keçiriləcək
09.08.2019 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində “Yaşmaq” türkcə silsilə kitablarının birinci sərgisi keçiriləcək.

Sərgi avqustun 10-dan 15-dək Şəhnaz xiyabanının Ehrablar küçəsindəki “Mehr Amuzqar” Müəssisəsində hər gün Təbriz vaxtı ilə saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək.

Kitab sərgisində “Yaşmaq” Nəşriyyatı tərəfindən çap olunan bütün kitablar nümayiş etdiriləcək. Bu günədək müxtəlif sahələrdə 285 kitab “Yaşmaq” Nəşriyyatı tərəfindən nəşr olunub.

Türkcə kitablarla maraqlanan soydaşlarımız sərgidə azərbaycanlı şairlər və yazıçılarla tanış olub, aldıqları kitabları müəlliflərə imzalatdıra bilərlər.

Sərgidə “Azərbaycan pejuhi”, Sahir, Sancı dərgiləri, Elşən Nəşri və Bəhmən Kafesi Nəşriyyatları da iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed