Şrift:
Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi açıqlanıb
09.08.2019 [12:04] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunda oynanılacaq qarşılaşmaların vaxtı açıqlanıb.

2019-2020-ci il mövsümünün birinci turunun görüşləri dörd günü əhatə edəcək. Tura avqustun 16-da “Keşlə” - “Qarabağ” oyunu ilə start veriləcək. Saat 19:00-da başlayacaq qarşılaşma “Dalğa Arena”da təşkil olunacaq.

Avqustun 17-də “Qəbələ” klubu “Sumqayıt” komandasını qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 19:00-da başlayacaq. Avqustun 18-də “ASC Arena”da “Səbail” – “Zirə” görüşü keçiriləcək. Oyun saat 20:00-da start götürəcək. Turun sonuncu oyunu “Neftçi” və “Sabah” klubları arasında oynanılacaq. “Bakcell Arena”da təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed