Şrift:
“Türk Hava Yolları” 85-ci ildönümü münasibətilə yeni uniformasını təqdim edib
09.08.2019 [14:09] - Xəbərlər, Türk dünyası-Turan
Dünyanın ən çox nöqtəsinə uçan “Türk Hava Yolları” yaranmasının 85-ci ili münasibətilə yeni uniformalarını təqdim edib.

Müxtəlif iqlimlərdə uzaq məsafəli uçuşlarda ciddi sınaqlardan keçmiş qırmızı və boz rəngli yeni geyimlər sərnişinlərə rahat xidmət göstərmələri üçün 25 min kabinə heyətinə uyğunlaşdırılıb. Yeni zərif uniformanı ekipaj üzvləri, kabinə heyəti və yerdəki heyət geyinəcək.

Yeni uniformanın dizaynı türk mədəniyyətindən ilhamlanıb. Pilot kabinəsi və şəxsi heyətin geyimi eyni dizaynla hazırlanaraq, sərnişinlərə vahid marka təcrübəsini yaşadacaq.

“Türk Hava Yolları”nın standartlarına uyğun olaraq hazırlanmış yeni uniformanın dizaynı italyan dizayner Ettore Bilottaya, tikiliş “Vakko”ya, təqdim olunmuş parçalar isə “Altınyıldız”a məxsusdur.

Yeni uniformalarla bağlı verdiyi açıqlamada “Türk Hava Yolları”nın idarə heyətinin və icraiyyə komitəsinin sədri İlker Aycı bildirib ki, hava yollarının yüksək səviyyədə xidmətinə zəmanət verən ən vacib amillərdən biri də heyətin rahatlığı və zərifliyidir: “Əminəm ki, mədəniyyətimizi nümayiş etdirən yeni uniforma şirkətin heyətinin zərifliyini mükəmməl şəkildə vurğulayacaq".
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed