Şrift:
Güney azərbaycanlı fəal Rəhim Qulami Apelyasiya Məhkəməsinə çağırılıb
09.08.2019 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Rəhim Qulami Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinə çağırılıb.

Məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış məktubunda fəaldan avqustun 27-i yerli vaxtla saat 10:00-da Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməsi tələb olunub.

Fəal Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində ““GAMAC” təşkilatına üzv olmaq”, “internetdə sistemin əleyhinə təbliğat aparmaq” və “Ruhulla Xomeynini təhqir etmək” kimi qondarma ittihamlarla üzləşib. O birinci iki ittihamdan artıq bəraət qazanıb, lakin hakim Xudadadi fəalı “Ruhulla Xomeynini” təhqir etmək ittihamı ilə 1 il həbs cəzasına məhkum edib.

Tanınmış yazıçı və şair iki ay saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Ərdəbilin Mərkəzi Zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycanın qələm əhli fəalın son saxlanmasını onun topladığı, lakin hələ nəşr etdirmədiyi türkcə Lüğət əsəri ilə əlaqədar olduğunu düşünür.

Rəhim Qulami Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb.
Rəhim Qulami “Yaylıq” nəşr evi tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed