Şrift:
Kiprdə Mustafa Akıncı ilə Nikos Anastasiadis arasında görüş olub
10.08.2019 [09:55] - Xəbərlər, Siyasət
Kipr adasının türk icmasının lideri Mustafa Akıncı və yunan icmasının lideri Nikos Anastasiadis arasında növbəti görüş keçirilib.

Türkiyə KİV-ləri xəbər verir ki, adanın neytral ərazisində yerləşən BMT-nin nümayəndəliyində keçirilən görüşdə Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlar axtarışı və digər mübahisəli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında BMT-nin Baş katibi Antonio Guterresin iştirakı ilə görüş keçirməyə dair ilkin razılıq əldə olunub.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed