Şrift:
Danimarkada növbəti partlayış törədilib
10.08.2019 [10:40] - Gündəm, Hadisə
Danimarkanın paytaxtı Kopenhagendə növbəti partlayış törədilib. Reuters agentliyi xəbər verir ki, yerli polisin məlumatına görə, şəhər mərkəzindən aralıda törədilmiş partlayış nəticəsində xəsarət alan olmayıb. İnsidentin baş verdiyi binanın içərisində olan iki nəfər zərər görməyib, lakin binanın fasadı dağılıb və pəncərələri qırılıb. Polis son günlər artıq sayca dördüncü olan bu partlayışın qəsdən törədildiyini bildirib. Hazırda cinayətkarların yaxalanması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Kopenhagendə ilk partlayış avqustun 6-da paytaxtın Esterbru rayonunun vergi idarəsi binasının qarşısında törədilib. Hüquq-mühafizə orqanları hesab edirlər ki, bu terror aktlarını təşkil edənlər şəhər əhalisi arasında təşviş yaratmaq istəyirlər.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed