Şrift:
Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib
10.08.2019 [10:41] - Xəbərlər, Hadisə
Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə binanın 4-cü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı və mənzilin eyvanında dolab yanıb. Yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyünün bir hissəsi yararsız hala düşüb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed