Şrift:
Almaniyanın sabiq səfiri İranla Avropa arasında yaradılmış “maliyyə kanalı”nın rəhbəri olmaqdan imtina edib
10.08.2019 [10:43] - Güney Azərbaycan xəbərləri
Avropa ilə İran arasında ticari əlaqələri davam etdirmək üçün yaradılmış “maliyyə kanalı”na (İnstex) rəhbər kimi təqdim edilmiş Almaniyanın Tehrandakı keçmiş səfiri Bernd Erbel bu vəzifədən imtina edib.

Bu barədə yayılmış xəbərləri təsdiqləyən Almaniya Xarici İşlər Nazirliyi bildirib ki, o, şəxsi məsələlər səbəbindən bu vəzifədən imtina edib.

XİN-in yaydığı bəyanatda icraçı direktorun dəyişdiyilə bağlı İran tərəfinin də məlumatlandırıldığı qeyd edilir.

Xatırladaq ki, Bernd Erbel İranın raket proqramını “qanuni” adlandırmışdı. Bu isə müxtəlif ölkələrin kəskin reaksiyasına səbəb olmuşdu. Bundan sonra bəzi diplomatlar Erbelin mühakimə qabiliyyətinin olmadığını demişdilər.
Bu xəbər oxucular tərəfindən 294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed