Şrift:
Beynəlxalq Enerji Agentliyi: “İranın neft hasilatı 1980-cı illərdən ən aşağı səviyyəyə düşüb”
10.08.2019 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beynəlxalq Enerji Agentliyi avqustun 9-da yaydığı son hesabatda İranın neft hasilatının 1980-cı illərdən bu günə qədər keçən dövrdə ən aşağı həddə düşdüyünü bildirib.

Hesabatda qeyd edilir ki, may ayında İranın qara qızıl ixracatı 480 min barel azalmaqla, günlük 810 min barelə düşüb.

Agentlik qeyd edir ki, həmin ay ərzində neft hasilatı da 210 min barel azalaraq, gündəlik 2.4 milyon barel təşkil edib, bu da öz növbəsində 1980-cı illərdən bu tərəfə qeydə alınmış ən aşağı səviyyədir.

İyul ayında isə İranın günlük qara qızıl hasilatında daha 50 min barel azalma müşahidə edilib.

Hesabata əsasən, ixracatda ötən aylara nisbətən 130 min barel azalma ilə üzləşən İran iyul ayı ərzində hər gün cəmi 480 min barel neft sata bilib.

Beynəlxalq naviqasiya şirkətləri isə bildirirlər ki, iyul ayı ərzində İranın günlük neft ixracatı yalnız 100 min barel təşkil edib.

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasından çıxmasından sonra rəsmi Tehrana qarş iki mərhələli tətbiq etdiyi sanksiyalardan sonra İranın gündəlik 2.5 milyon barel neft ixracatı kəskin tənəzüllə üzləşib. May ayında ABŞ-ın İran neftinin müştərisi olan 8 ölkəyə tanıdığı istisna müddətini uzatmamasından sonra bu tənəzzül daha da sürətlənib.

Amerika rəsmiləri bildirirlər ki, bu sanksiyalarla İran rəsmilərini öz xalqından oğulamaqla, Bəşər Əsədə və terror qruplaşmalarına verdikləri milyardlarla dollar gəlirdən məhrum etmək istəyirlər.

Xatırladaq ki, Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranla yeni razılıq əldə edilməsi üçün 12 şərt irəli sürmüşdü. Bu şərtlərdən biri İranı xaricdə gedən müharibələrdən və region ölkələrinin daxili işlərinə müdaxilələrdən çəkinmək, eləcə də terror təşkilatlarını maliyyələşdirməyi dayandırmağa çağırırdı.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed