Şrift:
Sumqayıtda son 5 ildə 32 min 819 yeni iş yeri yaradılıb
10.08.2019 [11:32] - Xəbərlər, İqtisadiyyat
Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə 11 tədbir müəyyən edilib. Dövlət Proqramının icrası dövründə şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə, investisiya qoyuluşu 3,5 dəfə artıb. Bu müddət ərzində 32 min 819 yeni iş yeri, 2955 kiçik, orta və iri sahibkarlıq subyekti yaradılıb.

Proqramda nəzərdə tutulan bütün sosial tədbirlər mərhələli şəkildə həyata keçirilib. Beş ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib, 4 milyard 130 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Şəhərin inkişafı və ayrı-ayrı infrastruktur layihələrinin icrasına 2 milyard 500 milyon dollar investisiya qoyulub.

Bununla yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Ümumilikdə 3,5 milyon kvadratmetr asfalt örtüyü döşənib, 1 milyon kvadratmetr asfalt örtüyü cari təmir edilib.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed