Şrift:
Zaqatala rayonunda zəlzələ olub
10.08.2019 [12:35] - Gündəm, Hadisə
Avqustun 10-da Zaqatala seysmik stansiyasından 18 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 4.9 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:35-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed