Şrift:
Yaponlar Rusiyaya məxsus Kuril adalarında atalarının məzarlarını ziyarət etdi
12.08.2019 [10:45] - Xəbərlər, Siyasət
Rusiyaya məxsus “Avrora” aviaşirkəti bir qrup yapon vətəndaşını Kuril adalarına gətirib.

“RİA Novosti” xəbər verir ki, 67 yapon sərnişinin “Avrora”nın Q400 beynəlxalq çarter reysi ilə Kuril adalarının Rusiyaya aid hissəsinə gəlməkdə məqsədi atalarının buradakı məzarlarını ziyarət etmək olub.

“Avrora” aviaşirkətinin rəsmi məlumatında bildirilib ki, uçuş Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Şinzo Abe arasındakı razılıq əsasında reallaşıb.

Qeyd edək ki, Yaponiya vətəndaşlarının Kuril adalarına məzarları ziyarət məqsədi daşıyan bu uçuşu sayca üçüncüdür. Bu marşrut üzrə ilk uçuş 2017-ci ilin sentyabrında, ikincisi isə 2018-ci ilin iyul ayında olub.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed