Şrift:
Yaponiyanın Tokuşima şəhərində “Ava Odori” rəqs festivalı başlayıb
13.08.2019 [10:58] - Xəbərlər, Sosial
Avqustun 12-də Tokuşima şəhərində Yaponiyada öz populyarlığı ilə seçilən “Ava Odori” rəqs festivalı start götürüb.

Açılış mərasimində çıxış edən şəhərin meri Akiyoşi Endo ənənəvi festivalın bu il də tamaşaçıların zövqünü oxşayacağına ümidvar olduğunu bildirib.

Festivalın təşkilat komitəsinin üzvü 4 gün davam edəcək festivalı açıq elan edib. Yay kimonosu və happi geyinmiş rəqqaslar canlı musiqinin sədaları altında rəqs etməyə başlayıblar. Onlar odori rəqslərini baraban və fleytanın müşayiəti ilə dörd meydançada ifa ediblər.

Xaricdən, Yaponiyanın müxtəlif şəhərlərindən gəlmiş qonaqlar və yerli sakinlər rəqqasların çıxışlarını alqışlarla qarsalayıblar.



Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed