Şrift:
Türkiyə təhlükəsizlik qüvvələrinin zərərsizləşdirdiyi iki təhlükəli terrorçunun kimliyi məlum olub
14.08.2019 [09:27] - Gündəm, Hərb
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Bitlisdə iyulun 24-də həyata keçirilən antiterror əməliyyatında məhv edilən dörd terrorçunun şəxsiyyəti müəyyənləşib.

Bunlardan ikisi Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən haqlarında axtarış elan olunan PKK/KCK terror təşkilatlarının aparıcı simaları “Özgür Ruh” ləqəbli Eyyüp Çeçan və “Agit Yaman” ləqəbli Mustafa Yamandır.

Türkiyə hökuməti bu terrorçuların hər birinin ələ keçirilməsi üçün 300 min lirə (təxminən 55 min ABŞ dolları) vəsait ayırmışdı.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 15 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed