Şrift:
Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub
14.08.2019 [09:28] - Xəbərlər, Sosial
Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub.

Bu barədə jurnalistlərə ölkənin baş prokuroru Otkurbek Camşidov məlumat verib.

O deyib ki, Bişkekdəki “Forum” binası, sabiq prezidentin nəzarət etdiyi “Aprel” televiziya kanalı və digər obyektlər onların arasındadır.

Xatırladırıq ki, sabiq prezidentin tutulması ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 adam yaralanıb, bir xüsusi təyinatlı həlak olub. Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov aldığı yaralardan komaya düşüb, müalicəni davam etdirmək üçün sonradan Moskvaya aparılıb.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed