Şrift:
Ötən həftə Yaponiyada 23 nəfər günvurmadan ölüb
14.08.2019 [09:31] - Gündəm, Sağlıq
Yaponiyada ötən həftə ərzində günvurma nəticəsində 23 nəfər ölüb, 13 minə yaxını isə xəstəxanalara yerləşdirilib.

Bu barədə avqustun 14-də Yaponiya Baş Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Bildirilib ki, ötən yeddi gündə Yaponiyanın bütün ərazisində günvurma nəticəsində 12 min 751 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda Yaponiya bütün ölkə ərazisində davam edən istilərdən əziyyət çəkir. Bir sıra rayonlarda havanın temperaturu 39 dərəcə selsiyə çatır.

Zərərçəkən və ölən insanların əksəriyyəti əsasən evdə qənaət məqsədilə kondisioneri işlətməyən yaşlılardır. Ölkənin hakimiyyət orqanları sakinləri baş geyimi gəzdirməyə, daha çox maye qəbul etməyə və Günəş altında uzun müddət qalmamağa çağırır.

Xatırladaq ki, Yaponiyada ötən il güclü istilər və rekord səviyyədə yüksək temperatur nəticəsində 150 nəfər ölmüş, on minlərlə insan xəstəxanalara yerləşdirilmişdi.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed