Şrift:
Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş vermiş yanğınla bağlı məlumat yayıb
27.08.2012 [12:03] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş vermiş yanğınla bağlı məlumat yayıb. Nazirliyin rəsmi saytının verdiyi məlumata görə, avqustun 26-da saat 09:21 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Osmanbəyli kəndinin dağlıq ərzisində quru ot və kol-kos sahəsi yanıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğının meşə zolağına keçmə ehtimalı var. Dərhal Fövqəladə Hallar Nazirliyinin DYMX-nın canlı qüvvə və texnikası, həmçinin Aviasiya Dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsinə cəlb olunub.
Yanğın saat 21:35 radələrində məhdudlaşdırılıb və meşə zolağına keşməsinin qarşısı alınıb. Hal-hazırda ayrı-ayrı yanğın ocaqlarının söndürülməsi işi davam edir.
Bu xəbər oxucular tərəfindən 1349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed