Şrift:
Yaponiya hökuməti Rusiyanın Severodvinsk şəhəri yaxınlığında baş verən hadisəni diqqətlə izləyir
15.08.2019 [09:49] - Xəbərlər, Siyasət
Yaponiya hökuməti Rusiyanın Arxanqelsk vilayətinin Severodvinsk şəhərindəki hərbi poliqonda baş verən hadisə barədə informasiya toplamaqda davam edərək orada vəziyyəti diqqətlə izləyir.

Bu barədə avqustun 15-də Tokioda keçirilən mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

“İndiyədək Rusiya Federasiyasının Müdafiə Nazirliyindən və “Rosatom”dan məlumatlar daxil olub. Biz informasiya toplamaqda və vəziyyəti izləməkdə davam edirik. Hökumət bu məsələni diqqətlə izləyir”, - deyə baş katib bildirib.

Bununla yanaşı, Y.Suqa Tokionun Vaşinqtonla həmin mövzuda informasiya mübadiləsi aparması barədə sualı cavablandırmaqdan yayınıb.

Xatırladaq ki, Arxanqelsk vilayətinin Severodvinsk şəhərindəki poliqonda hadisə avqustun 8-də baş verib. Həmin vaxt Rusiya Müdafiə Nazirliyi maye ilə işləyən mühərrik qurğusunda baş vermiş hadisə nəticəsində iki nəfərin həlak olması barədə məlumat yayıb. Avqustun 10-da isə “Rosatom” dəniz platformasında raket sınağı zamanı yanğın və partlayış nəticəsində beş nəfərin xəsarət aldığını bəyan edib.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed