Şrift:
Azərbaycanda mobil rabitə nömrələrinin daşınması xidməti oktyabrda tətbiq ediləcək
27.08.2012 [15:59] - Gündəm, Sosial
Azərbaycanda mobil rabitə nömrələrinin daşınması xidməti (MNP) oktyabrda tətbiq ediləcək. Bu barədə bazar ertəsi jurnalistlərə "Azerfon" şirkətinin rəhbəri Yurgen Pits bildirib.
Onun sözlərinə görə, üç mobil rabitə operatoru - "Azercell", "Bakcell" və "Azerfon" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təyin etdiyi bu müddətdə həmin xidmətlərin eyni vaxtda tətbiqi üçün zəruri infrastruktur hazırlayacaq.
Nömrələrin daşınması layihəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sərəncamındadır.
Operatorlara 10 rəqəmli abunə nömrələrinin yığımını tətbiq etmək tapşırılıb. Bu qaydaya uyğun olaraq abunə nömrəsindən əvvəl operator prefiksini (" 050", "051", "055", "070" və "077"), sonra abunəçinin yeddirəqəmli nömrəsini yığmaq lazımdır.
MNP xidmətinin tətbiqi, operator dəyişildiyi halda, mobil rabitə abunəçilərinə öz telefon nömrəsini saxlamağa imkan verəcək.
Nömrənin daşınması operatora seçilmiş prefikslə birlikdə abunə nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 1132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed