Şrift:
Gürcüstanın Azərbaycana 7 milyon 269 min ABŞ dolları borcu var
16.08.2019 [09:16] - Xəbərlər, İqtisadiyyat
Cari ilin iyul ayında Gürcüstanın xarici borcunda azalma müşahidə olunub.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında qeyd edilib.

Məlumatda deyilir ki, iyul ayının sonuna Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 361 milyon 209 min dollar olub. Bu, əvvəlki ayın sonuna nisbətən 76 milyon 831 min dollar azdır. Xarici borcun 5 milyard 154 milyon 896 min dolları hökumətin payına düşüb.

Bu ilin iyul ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyib. Avqustun 1-nə qonşu ölkənin Azərbaycana borcu 7 milyon 269 min ABŞ dolları təşkil edib

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (312 milyon 859 min dollar), Fransa (234 milyon 33 min dollar) və Yaponiya (215 milyon 789 min dollar) yer alıb.

Gürcüstanın Türkiyə və Rusiyaya olan borcu aylıq müqayisədə dəyişməyib.

Avqustun 1-nə Gürcüstanın Türkiyəyə borcu 13 milyon 98 min dollar, Rusiyaya borcu 56 milyon 478 min dollar olub.



Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed