Şrift:
Yaponiyada “Korsa” tufanı cövlan edir
16.08.2019 [09:17] - Gündəm, Sosial
Yaponiyanın qərbində cövlan edən “Korsa” tufanının vurduğu ziyan nəticəsində bir nəfər həlak olub, 49 nəfər xəsarət alıb, daha biri itkin düşüb.

Yaponiya KİV-ləri xəbər verir ki, yerli hakimiyyət orqanları mümkün torpaq sürüşmələri, qasırğa, böyük dalğalar və bir sıra rayonlarda çayların daşması barədə xəbərdarlıq yayıblar.

Yaponiya Meteorologiya Agentliyi özü ilə leysan yağışlar gətirən tufanın şimal istiqamətində hərəkət etdiyini bildirir.

Bir sıra rayonlarda yağıntının ümumi səviyyəsi 800 millimetrə çatıb. Avqustun 16-da Sakit okean sahili boyunca geniş ərazilərdə güclü yağışların davam edəcəyi gözlənilir.

Aviaşirkətlər sərnişinlərdən reyslər barədə məlumatları internet vasitəsilə izləməyi xahiş edirlər.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed