Şrift:
İçməli su təchizatı sistemi acınacaqlı vəziyyətdə olan kəndin əhalisi belə qərara gəldi – Güney Azərbaycanda
16.08.2019 [09:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Əyalətinin Germi məntəqəsində yerləşən Siyavuş kəndinin əhalisi uzun müddətdir ki, içməli su təchizatı sisteminin köhkəlib sıradan çıxmasından əziyyət çəkir.

Son məlumata görə, səlahiyyətli orqanların laqeyd münasibətini görən kənd əhalisi artıq özü hərəkətə keçib, onlar köhnəlib çürümüş su borularını öz vəsaitləri hesabına dəyişdirmək qərarına gəlib.

Kənd əhalisi bundan əvvəl əhalinin sağlamlığı üçün təhlükə yaradan problemlə bağlı dəfələrlə səlahiyyətli orqanlara müraciət edib, lakin məsullar əhalinin tələbini yerinə yetirməkdən imtina ediblər. Bundan sonra zəhmətkeş əhali sözügedən problemi aradan qaldırmaq üçün su təchizatı sistemini öz vəsaiti hesabına yeniləyib.

Güney Azərbaycanda bir çox kənddə içməli su qıtlığı problemi yaşanır, su olan kəndlərin əksəriyyətində isə su təchizatı infrastrukturu köhnəlmiş vəziyyətdədir.

Siyavuş kəndinin əhalisi 2016-cı ilin siyahıya almasına görə təxminən 205 min nəfər olub. Kənd Ərdəbil Əyalətində Germi məntəqəsinin Moran bölgəsində yerləşir.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed