Şrift:
“Urmiyə 90” klubu yeni köynəyinin təqdimat mərasimini keçirib – VİDEO
16.08.2019 [09:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Urmiyə 90” futbol klubu yeni köynəyinin təqdimat mərasimini keçirib.

“Xane-i Cavan” salonunda baş tutan mərasimə 6 min nəfərdən çox komanda tərəfdarı qatılıb.

Avqustun 14-də baş tutan mərasimdə Azərbaycan musiqisi ifa olunub və milli rəqslərimiz nümayiş etdirilib.

“Urmiyə 90” klubunun müdiri Yəhya Bahari Urmiyənin millət vəkili Nadir Qazipur, Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari və Urmiyənin bələdiyyə başçısı Məhəmməd Həzrətpurdan dəstək gözlədiklərini və bu ümidlə İran çempionatının I dəstəsinin oyunlarına qatılacaqlarını bildirib.

Mərasimin sonunda “Urmiyə 90” komandasının sarı rəngdə olan köynəyi təqdim olunub, oyunçuların geyiminin üzərində Mehdi Bakirinin şəkili əks olunub.



“Urmiyə 90” komandası ötən il Təbrizdən Urmiyə şəhərinə hədiyyə olunub. Klub Təbrizdə fəaliyyət göstərdiyi zaman “Qostəreş Fulad” adlanırdı, lakin Urmiyəyə intiqal edildikdən sonra “Urmiyə 90” adlandırılıb.

Qərbi Azərbaycan əhalisi klubun Təbrizdən Urmiyəyə intiqal edilməsini rəğbətlə qarşılasa da, əyalətin kürd kökənli məsulları, o cümlədən vali Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülü müxtəlif yollarla komandanın fəaliyyətinə maneçilik yaradır. Bu vəziyyətə yerli əhali ilə yanaşı, “Urmiyə 90” klubunun məsulları, həmçinin Urmiyənin millət vəkilləri dəfələrlə öz etirazını bildirib.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed