Şrift:
Cəbəlüttariqdə saxlanılan İranın “Grace 1” adlı neft tankeri azad edilib
16.08.2019 [14:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın ay yarımdır Cəbəlüttariqdə saxlanılan “Grace 1” adlı neft tankeri avqustun 15-də azad edilib.

Cəbəlüttariq rəsmilərinin bildirdiyinə görə, Amerika hökumətinin İran tankerinin saxlanılmasına təkidinə baxmayaraq, Böyük Britaniyanın nəzarəti altında idarə olunan bu məntəqənin yerli məhkəməsi “Grace 1”in lehinə qərar çıxardıqan sonra gəmi sərbəst buraxılıb.

Həmçinin Cəbəlüttariqin “Chronicle” qəzetinin yazdığına görə, İran tərəfi neft tankerinin Suriyaya doğru istiqamət götürməyəcəyi barədə üzərinə öhdəlik götürüb və məhz həmin öhdəlikdən sonra tankerin azad edilməsinə qərar verilib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi isə həmin gün bəyanat yayaraq, İran tankerinin azad buraxılmasına münasibət bildirib. Bəyanatda bildirilir ki, rəsmi Tehran “Grace 1”in Suriyaya neft daşımayacağı ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiq qalmalı, bununla bağlı verdiyi sözə əməl etməlidir.

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

İyulun 19-da isə “Sepah” terror təşkilatının körfəzdəki sürət qayıqları cavab olaraq, Hörmüz boğazında üzən Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed