Şrift:
Pxenyan yeni raket sınağının icrasını təsdiqləyib
17.08.2019 [09:46] - Gündəm, Siyasət
KXDR-də növbəti raket sınağı həyata keçirilib. Sınaq ölkə lideri Kim Çen Inın rəhbərliyi altında baş tutub və o, müdafiə sənayesi mütəxəssislərinin işini yüksək qiymətləndirib.

Bu barədə məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

Məlumata görə, atış uğurlu keçib. Agentlik sınağı həyata keçirilən silahın hansı növdən olması barədə məlumat verməyib.

Kim Çen In sınağın nəticələri barədə danışarkən bildirib ki, yeni silahın işlənilməsi və müdafiə texnologiyalarının yaradılması respublikanın suverenliyinin vacib təminatçısıdır.

O da qeyd olunur ki, sınaq atışı Kanvondo əyalətində icra olunub. “Kyodo” agentliyinin yazdığına görə, sınaq zamanı iki yaxınmənzilli ballistik raket atılıb. Onlar Yapon dənizinə doğru 230 km uçub, uçuşun yüksəkliyi isə 30 km olub.

Bu, son üç həftə ərzində Pxenyanın həyata keçirdiyi 6-cı, il ərzində isə 8-ci sınaq atışıdır.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed