Şrift:
"Qalatasaray" fransalı futbolçunu transfer edib
17.08.2019 [09:49] - Gündəm, İdman
İstanbulun "Qalatasaray" komandası İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Stiven Nzonzini bir illik icarəyə götürüb.

İki klub arasında imzalanan müqaviləyə əsasən "Cim-bom" birillik icarə müddətini gələn ilin yayında daha bir il uzatmaq hüququna malik olacaq.

Futbolçunun illik maaşı üç milyon avro təşkil edəcək. "Qalatasaray" mövsümün sonunda 16 milyon avro ödəyərək otuz yaşlı futbolçunun transfer hüququna sahib ola bilər.

"Roma" Fransa millisinin üzvünü 2018-ci ildə "Sevilya"dan transfer edib.

Qeyd edək ki, futbolçu ötən mövsüm “Roma”da keçirdiyi 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed