Şrift:
BMT Təhlükəsizlik Şurasında Cammu və Kəşmirdəki vəziyyətlə bağlı ciddi narahatlıq ifadə olunub
17.08.2019 [10:04] - Xəbərlər, Siyasət
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Cammu və Kəşmirdəki vəziyyətlə bağlı ciddi narahatlıq ifadə olunub.

Pakistan mətbuatı xəbər verir ki, bu məsələnin BMT TŞ-nın gündəliyinə salınmasını əvvəl Pakistan, sonra isə Çin təklif edib.

Məsləhətləşmələrdə TŞ-nın üzvləri Cammu və Kəşmirdə insan hüquqlarının pozulmasından ciddi narahat olduqlarını bildiriblər. Bildirilib ki, Hindistan və Pakistan Cammu və Kəşmirlə bağlı gərginliyi artıran hər hansı birtərəfli qərar qəbul etmək praktikasından imtina etməlidirlər.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Bir neçə gün əvvəl isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed