Şrift:
“Göyçay İnkişaf Mərkəzi” Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə Göyçayda “Gəncliyi gələcəyimiz üçün quraq”! adı altında layihə həyata keçirəcək.
27.08.2012 [16:32] - Gündəm, Bildiriş
Layihənin məqsədi Göyçay rayonunda yaşayan 60 gəncin həyat bacarıqlarını inkişaf etdirməyə kömək olmaq, müxtəlif təsiretmə və təlimlər vasitəsi ilə vətəndaş təhsilinə, elmə, kitab oxumağa maraqlarını artırmaqdı.

Layihənin icrası 3 ay müddətində nəzərdə tutulub və sentyabr, oktyabr, noyabr aylarını əhatə edəcək. Layihə çərçivəsində bir neçə fəaliyyət həyata keçiriləcəkdi. İlk olaraq təlimlər təşkil ediləcək. Təlimlərdə Göyçay rayonundan ərizə forması ilə öncədən seçilmiş aktiv, motivasiyalı 60 nəfər gənc iştirak edəcək. Təlimlərin aparılmasına peşəkar təlimçilər cəlb olunacaq. Təlimlərin mövzuları vətəndaş təhsili sahələri üzrə gənclərə maraqlı olan mövzular üzərində qurulacaq.

Məsuliyyətsizliyin, təhsildən yayınmağın və kitab oxumamağın təsirlərini gənclərə və yerli ictimaiyyətə gənclərin öz dili ilə çatdırmaq üçün gənclər arasında “həvəskar karikatura müsabiqəsi” təşkil ediləcək. Müsabiqə 1 ay ərzində həyata keçiriləcək və bu mövzuda ən yaxşı öz bacarığını göstərən 3 gənc mükafatlandırılacaq. Noyabr ayı ərzində bununla əlaqədar məktəblilər arasında həvəskar karikatura müsabiqəsi elan ediləcək. Müsabiqəyə Göyçay rayonunda yerləşən kollec, peşə tədris litseyi və 9 məktəbin şagird və tələbələri cəlb ediləcək və müsabiqə haqqında onlara ilkin informasiya veriləcək. Hədəf gənclərin intelektual səviyyələrini inkişaf etdirmək, və gənclərin təhsilə, elmə, kitab oxumağa maraqlarını artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə “kitab müzakirə klubu” yaradılacaq. “Kitab müzakirə klubun”-da maraqlı gənclər maraqlandıqları kitabları oxuyacaq həmçinin oxuduqları kitablar haqqında müzakirələr aparacaqlar. Kitab müzakirə klubunda gəncləri maraqlandıran oxu materialları, vətəndaş təhsili, hüquq və gənclər fəaliyyətəri ilə bağlı ədəbiyyatlar, ingilis dilini təkmilləşdirmək istəyən gənclər üçün kitablar nəzərdə tutulub.

Qeyd edək ki, layihə çərçivəsində yaradılacaq müasir kitablardan ibarət olacaq kitabxanadan Göyçay rayonunda yaşayan gənclərlə bərabər qonşu rayonların gəncləri də istifadə edə biləcəklər.

Diqqətinizə çatdıraq ki, “Azərbaycanın hər bir bölgəsində intellektual oyunların, kitab müzakirə klublarının təşkil edilməsi” ilə bağlı fikirlər cənab Prezident İlham Əliyev tərəfindən gənclərlə görüşü zamanı irəli sürülmüşdü. Bununla əlaqədar bu ideya təşkilatımızın nümayəndələri tərəfindən nəzərə alınmış və fəaliyyətlərimizə daxil edilmişdi.


Hörmətlə,
Göyçay İnkişaf Mərkəzi” İctimai
Birliyi
Bu xəbər oxucular tərəfindən 1577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed