Şrift:
Ali məktəb və kolleclərin boş qalan yerlərinə 10 minədək abituriyent elektron ərizəsini təsdiqləyib
17.08.2019 [11:05] - Gündəm, Gənclik
Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, avqustun 17-si saat 10:40-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə 53, II qrup üzrə 607, III qrup üzrə 17, IV qrup üzrə 116, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.

Onbirillik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 9200 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlər üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed