Şrift:
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
20.08.2019 [12:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şənbə günü axşam saatlarında Qərbi Azərbaycanın Xoy şəhərində 2-ci “Şəms və Mövlana” Festivalının açılışı olub.


Festivalın icraçı katibi Rza Cəfərpur dünya şəhrətli azərbaycanlı sufi alim Şəms Təbrizinin türbəsində keçirilən festival barədə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Şəms və Mövlana haqda sənət əsərlərinin yaradılmasıdır. Qeyd etmək lazımdır ki, bu işdə birinci prioritet Şəms Təbrizidir.
“Festivala ölkənin bütün bölgələrindən sənətkarlar qatılıb, onlar öz əsərlərini nümayiş etdirir. Festival üç hissədən, daha dəqiq desək musiqi, şeir və qrafikadan ibarətdir.”- deyə o bildirib.


R.Cəfərpur sözlərinin davamında əlavə edib ki, Şəms Təbrizini dünyaya tanıtdırmalıyıq. Belə festivalların keçirilməsi həm də Xoy şəhərinin incəsənət, fiqh və irfanda öz yerini tapmasına yardım edər. Əhali bu festivalı böyük rəğbətlə qarşılayır.


Mövlanaşünas Məhəmmədbağır Möhsüni isə Şəmsin Xoydakı türbəsi ilə bağlı bildirib ki, tarixçilər və araşdırmaçılar Şəms Təbrizinin Xoy şəhərində dəfn olunduğunu sübut etdikdən sonra görkəmli arifin türbəsi ilə bağlı fərqli münasibət və proqramlar gündəmə gətirildi.


Qeyd edək ki, 2-ci “Şəms və Mövlana” Festivalı avqustun 19-dək davam edəcək. 5-ci Beynəlxalq Şəms Təbrizi Qurultayı isə sentyabrın 29-da Xoy şəhərində baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed