Şrift:
Mahabadın millət vəkili Qərbi Azərbaycanın parçalanması planından belə sui-istifadə etdi: Kürd əyaləti təsis edilsin...
20.08.2019 [12:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlılar və bəzi türk millət vəkillərinin etirazı nəticəsində Qərbi Azərbaycan Əyalətində yeni əyalətin yaradılması ilə bağlı təklif layihəsi gündəmdən çıxarılsa da bu vəziyyətdən sui-istifadə edən qüvvələr, o cümlədən radikal kürdlər var.



Xəbər verdiyimiz kimi, “Sərhəd Azərbaycanı” əyalətinin təsis edilməsi ilə əlaqədar təklif layihəsi avqustun 17-də Xoy şəhərinin sözdə millət vəkili Tağı Kəbiri tərəfindən İran parlamentinə təqdim olunmuşdur. Lakin təklifə edilən etirazlar bir gün sonra onun gündəmdən çıxarılmasına səbəb oldu və Tağı Kəbiri Qərbi Azərbaycan Deputatlar Birliyinin rəisi postundan kənarlaşdırıldı.



Uzun illərdir radikal kürdlərin sözçüsünə çevrilən Mahabadın (Soyuq bulaq) millət vəkili Calal Mahmudzadə bu vəziyyətdə kürd əyaləti qurmaq fikrinə düşüb. O bu barədə İran parlamentinin sədri, prezidentin müavini, İran Milli Təhlükəsizlik Komissiyasının rəisi, Daxili İşlər və Ettelaat nazirlərinə məktub ünvanlayaraq Qərbi Azərbaycan Əyalətinin şəhərlərində kürd əyalətinin yaradılmasını təklif edib. O xəyalındakı əyalətin mərkəzinin adına işarə etməsə də onun Mahabad şəhərini nəzərdə tutduğu məlum məsələdir.



“Əgər əyalətdə siyasi, ictimai, təhlükəsizlik və iqtisadi infrastrukturun inkişafı məqsədi ilə yeni əyalət yaradılmasından söhbət gedirsə, bu, əyalətin cənub bölgəsində coğrafi cəhətdən mərkəz olan, tarixi, idarəçilik və mədəni infrastrukturu olan bir şəhərdə təsis edilməlidir. Bu gün Qərbi Azərbaycan Əyalətinin cənub bölgəsinin kürdləri uzaq olduğundan əyalətin mərkəzinə gedib-gələ bilmir.”- deyə Calal Mahmudzadənin yazdığı məktubda qeyd olunub.



Mahabadın millət vəkili Qərbi Azərbaycan Əyalətinin cənub bölgəsindəki şəhərlərin türk kimliyini təhrif edərək təklif etdiyi sözdə kürd əyalətinin xəritəsini İnstaqram səhifəsində də yayıb.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed