Şrift:
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21.08.2019 [14:10] - Gündəm, Siyasət
MDB Dövlət Başçıları Şurasının iclasının cari il oktyabrın 11-də Aşqabadda keçirilməsi planlaşdırılır.

Türkmənistan Xarici İşlər Nazirliyində MDB İcraiyyə Komitəsi sədrinin müavini Sergey İvanov ilə görüş keçirilib. Görüşdə bu il Türkmənistanın MDB-yə sədrliyi çərçivəsində keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Türkmənistanın sədrliyi dövründə MDB ilə beynəlxalq təşkilatlar arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi, ticari-iqtisadi əməkdaşlığın və dünya iqtisadi münasibətlərin genişləndirilməsi məsələləri prioritet kimi müəyyənləşdirilib.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed