Şrift:
Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib
21.08.2019 [14:18] - Türk dünyası-Turan, Mədəniyyət
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Instagram” səhifəsində vətən haqqında mahnı və həmin mahnıya çəkilmiş klip yerləşdirib.

Nazarbayev klipdə Qazaxıstan çöllərini dolaşaraq mahnı oxuyur. Tarlada uşaqlar görünür. Qazaxıstanın birinci prezidenti onları qucaqlayır. Nazarbayev mahnısında bildirir ki, çox ölkələrdə olub, lakin onların heç biri qazax torpağı ilə müqayisəyə gəlmir.

Mahnının sözləri Nursultan Nazarbayevə, musiqisi Altınbek Korazbayevə məxsusdur.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed