Şrift:
Bu şəhərlərdə güney azərbaycanlı siyasi məhbuslara dəstək verən posterlər paylanılıb
22.08.2019 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın bir neçə şəhərində siyasi və milli fəallar haqda posterlər paylanılıb.



Həbsdə olan güney azərbaycanlı siyasi məhbusların şəkili əks olunan posterlər Təbriz, Üskü, Ilıxçı və Səhənd şəhərlərində yayılıb.



Posterlər azərbaycanlı fəallara qarşı təzyiqlərin artması və onlara qarşı ədalətsiz məhkəmə hökmlərinin çıxarılmasına etiraz olaraq hazırlanıb və şəhər əhalisi arasında paylanılıb.



BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman avqustun 16-da hazırladığı hesabatında İran rejiminin Güney Azərbaycanda insan hüquqlarını pozduğunu təkidlə bildirmişdir.



Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasına təqdim olunan “İranda insan hüquqları vəziyyəti” adlı hesabatda Güney Azərbaycanda İran rejimi tərəfindən tapdalanan insan hüquqlarına təkidlə işarə olunub, lakin farsdilli mətbuat orqanları irqçiliyə yol verərək hesabatın bu hissəsini senzura etmişdir.



“BMT-nin xüsusi nümayəndəsinin əldə etdiyi məlumata görə, ötən bir il ərzində ən azı 82 Azərbaycan türkü özbaşınalığa yol verilərək saxlanılıb və həbs olunub. Onların arasında 6 ilədək həbs cəzasına məhkum edilənlər var. Saxlanılanlardan 6-ı ağır təzyiqlər altında sorğu-suala tutulub.

Bu rəqəm Şərqi Azərbaycanda “Traxtur” futbol klubunun tərəfdarlarına da şamil olur. Onlar 2019-cu il mayın 2-də “Traxtur”la “Perspolis”in səhənd stadionundakı görüşü zamanı öz komandalarını təşviq etdiklərinə və Azərbaycanca mahnı oxuduqlarına görə saxlanılıb.”- deyə hesabatın bir hissəsində qeyd olunmuşdur.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed